“44” filminin çəkilişləri başa çatıb-FOTO

Vətən müharibəsindən bəhs edən “44” bədii filminin çəkilişləri bu gün uğurla başa çatıb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov özünün sosial media hesabında paylaşım edib.

O bildirib ki, filmin çəkilişləri 4 il ərzində həyata keçirilib: “Qarşıdakı post-prodakşn mərhələsində bizi hələ ciddi və məsuliyyətli işlər gözləyir. Filmin ərsəyə gəlməsində əməyi olan fədakar komanda üzvlərimə, peşəkar aktyorlara və bu işə ürəkdən yanaşan hər kəsə dərin təşəkkürümü bildirirəm. Bu cür istedadlı heyətlə çalışmaq həm böyük zövq, həm də dəyərli bir təcrübə oldu”.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.