44 yaşlı Reyçel Daun hamiləlikdən sonra iki il ərzində 53 kiloqram arıqlamağı necə bacardığını danışıb.
Lent.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
“Oğluma hamilə olanda o qədər şişmişdim ki, toy üzüyümü taxa bilmirdim”, – qadın vurğulayıb.
O, üç il arıqlamağa çalışsa da, nəticəsi olmayıb. Bundan əlavə, hər iki hamiləlik zamanı qadın ağır xəstə olub və antibiotik qəbul edib.
Nəticədə Daun kəşf edib ki, sadə yeməklər – ət bulyonu və kefir ilə şorba – orqanizmdə iltihabi prosesləri yavaşlatmağa və tez arıqlamağa kömək edir.
O, tərəvəz, avokado, qoz-fındıq və hindistan cevizi ilə ağ ət və ya balıq suyu pəhrizinə keçib. Kefirlə yanaşı quru meyvələr də yeyib.
Nəticədə, iki ay yarım ərzində 16 kiloqram arıqlamağı bacarıb.
Qadın özünün kəşf etdiyi pəhrizə riayət etməyə davam edib və iki il ərzində 53 kiloqram arıqlayıb.