5 litr kola içən oğlanın mədəaltı vəzi çökdü

Qazaxıstanda kəskin mədəaltı vəz və öd kisəsi ağrıları ilə xəstəxanaya gətirilən gənc oğlan əməliyyata alınıb.

AzPost “Medicina”ya istinadən xəbər verir ki, professor cərrah Musa Sahilov oğlanın kola içməkdən pankreonekroz olduğunu bildirib.

“Təsəvvür edin, oğlan dostları ilə yığışıb, hardasa oturublar və bir neçə saat ərzində kola içib. 5 litr kola içdikdən sonra şəkəri 10 dəfə qalxıb, pankreatit kəskinləşib, mədəaltı vəzində nekroz aktivləşib.

Onu reanimasiyada aparatlara qoşduq. Yaxınlarınıza, sağlamlığınıza diqqətli olun. Şəkərinizi bilmədən şirin içkilər içməyin. Eləcə də birdəfəyə litrlərlə kola içmək olmaz”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.