“5 milyona yaxın insan koronavirus əleyhinə peyvənd olunub” –Səhiyyə Nazirliyinin eksperti

“Peyvəndlərin vurulmasına müəyyən əks-göstərişlər var”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov “COVID-19 peyvəndləri” mövzusunda çıxışında deyib. O bildirib ki, bunlardan bəziləri müddətlikdir: “Xəstədə olan xroniki xəstəlik kəskinləşdikdə istər bir, istər ikinci doza peyvəndin vurulması bir müddət sonraya saxlanıla bilər”.

Mütəxəssis qeyd edib ki, COVID-lə xəstələnmə peyvənd olunmaq üçün maneə deyil: “Rəsmi qeydiyyata düşübsə, həmin şəxs 6 ay sonra vaksinasiyadan keçməlidir. Araşdırmalar göstərir ki, vaksinasiyadan və xəstəlikdən 6 ay sonra immunitet zəifləyir deyə, həmin şəxslər yoluxa bilər. Xəstəlik keçirən insan peyvənd olunarsa, onda əmələ gələn immunitet daha güclü olur”.

O deyib ki, ölkədə 5 milyona yaxın insan koronavirus əleyhinə peyvənd olunub: “Görülən yan təsirlərin əksəriyyəti yüngül yan təsirlərdir. Bu, maksimum 2-3 sutka ərzində keçib gedir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir