“50 ilə yaxındır dənizə getmirəm”-Roma Papasından etiraf

Roma Papası Fransisk maraqlı etirafı ilə yadda qalıb.

TASS-ın məlumatına görə, Roma Papası TG1 kanalına müsahibəsində deyib: “Mən dənizi sevirəm. 1976-cı ildə dənizə getməli idim, amma deyirdilər ki, dövlət çevrilişi olacaq və çevriliş oldu. Ondan sonra dənizə getmədim. Amma dənizi sevirəm, çox xoşuma gəlir”.

Qeyd edək ki, 1976-cı il martın 24-də Argentinada hakimiyyət general Xorxe Rafael Videlanın başçılıq etdiyi hərbçilər tərəfindən ələ keçirilib. Nəticədə parlament buraxılıb, komendant saatı tətbiq olunub, siyasi partiyaların və həmkarlar ittifaqlarının fəaliyyəti dayandırılıb, repressiyalar başlayıb. İnsan haqları təşkilatlarının məlumatına görə, 1983-cü ildə sona çatan hərbi diktatura illərində Argentinada 30 min insan itkin düşüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.