56 yaşlı Şəmkir sakini borca görə bıçaqlanıb

24 İyun 2021 - 08:54

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb. 1965-ci il təvəllüdlü Qurbanov Şahmar Qurban oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Bıçaqlanmanın təfərruatları məlum olub.

Şəmkir sakini bıçaqlayan şəxs saxlanılıb. Hadisəni Zəyəm qəsəbə sakini, 1962-ci il təvəllüdlü Məmmədov Arzuman törədib. O, polis tərəfindən saxlanılıb. İlkin məlumata görə, hadisə tərəflər arasında borc üstə baş verib.(APA)