60 il əvvəl smartfonlar barədə məlumat ABŞ qəzetinə necə düşüb? –FOTO

ABŞ-ın Mensfild şəhərində 1963-cü ilə aid yerli qəzetlərin birində bu gün istifadə edilən smartfonlar barədə məqaləyə rast gəlinib.

Azpost.info bildirir ki, həmin nəşrin saralmış səhifəsinin fotoşəkili “Reddit” istifadəçisi tərəfindən dərc edilib.

“Bir gün Mensfild sakinləri ciblərində telefon daşıyacaqlar. Ancaq bunun sabah olacağını gözləməyin. Telefon şirkətinin menecerinin sözlərinə görə, bu cür cihazların kommersiya məqsədli istifadəsi uzaq gələcəkdir, lakin artıq ilk laboratoriya sınaqlarına başlanılıb”, – deyə məqalədə vurğulanıb.

1963-cü ildəki alimlərin fikrincə, gələcəyin bəzi telefonları müasir spikerfonların analoqu olmalı idi. Məqalə müəllifinin sözlərinə görə bu, evdar qadınlara yemək bişirməkdən yayınmadan zənglərə cavab verməyə imkan verəcəkdi.

Gələcəkdə daşına bilən başqa cihazın isə televizorlar kimi kiçik ekranlara sahib olacağı proqnozlaşdırılırdı. Buna görə də məqalə müəllifləri onları “TV fonları” adlandırıblar.

Sosial şəbəkə istifadəçiləri proqnozların dəqiqliyinə təəccüblərini ifadə ediblər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.