Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

60 yaşından sonra bu şorbaları yemək olmaz –

User 17 May 2023 - 20:45 (Last updated: 21 May 2025 - 20:15)
sorbalar

Yağlı bulyon əsasında hazırlanmış şorbalar yüksək səviyyədə xolesterini olan insanlar üçün təhlükəli hesab olunur – bu problem, bir qayda olaraq, yaşlı insanlarda geniş şəkildə yayılıb. 

Bu barədə “MedikForum”un məlumatında deyilir.

Diyetoloq Yelena Solomatinanın sözlərinə görə, yağlı şorbalar yaşlı insanlar üçün təhlükəlidir, çünki onlar insult və infarkt riskini artırır. “Xüsusilə mal ətindən hazırlanmış yağlı şorbalar xolesterinin artmasına, aterosklerotik lövhələrin yığılmasına səbəb ola bilər”, – deyə diyetoloq bildirib.

Tibb işçisi yaşlı (60 yaş və yuxarı) insanların rasionuna hansı şorbaların daxil edilməməsi barədə məlumat verib.

Əlavə məhsullarla şorba. Mütəxəssis xəbərdarlıq edib ki, əlavə məhsulların tərkibində həddindən artıq xolesterin var və bu, hətta yağlı ətin miqdarından daha çoxdur.

Noxudlu və lobyalı şorba. Belə şorbalar 60 yaşdan sonra orqanizmdə çətinliklə həzm olunur, bir çox hallarda bu cür mürəkkəb karbohidratlar artıq həzm olunmur.

Göbələkli şorba. Yelena Solomatina qeyd edib ki, göbələklərin həzm olunması da yaşlı insanların həzm sistemi üçün həddindən artıq ağırdır. “Göbələkli şorbalar çox vaxt mədə-bağırsaq traktında müxtəlif iltihablı reaksiyalara və ya hansısa müəyyən proseslərin kəskinləşməsinə səbəb olur”.

Südlü şorba. Südün həzm olunması yaşlaşdıqca çətinləşir, çünki orqanizmdə bunun üçün lazım olan fermentin (laktozanın) istehsalı azalır. Nəticədə şişkinlik, qarın ağrısı, fermentasiya, qaz əmələ gəlir.

Düyü şorbası. Həkim izah edib ki, ağ düyü yüksək glisemik indeksə malikdir və onun qəbulundan sonra qanda şəkərin səviyyəsi kəskin şəkildə artır.

Duzlu şorba. Bu şorbada çox maddələr var, onları həzm etmək üçün daha sağlam həzm sistemi tələb olunur. Yaşlı insan üçün bu həddindən artıq böyük yükdür.

Ədviyyatlı şorba. Diyetoloq deyib ki, belə şorbalar çox vaxt yaşı 60-dan yuxarı insanlarda olan mədə-bağırsaq traktının inkişaf etməyən xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər.

Turşəngli və ya gicitkənli şorba. Solomatina vurğulayıb ki, böyük miqdarda gicitkən qanın laxtalanmasına, oksalik turşusu isə podaqranın kəskinləşməsinə səbəb ola bilər.

“Vegetarian şorbalara üstünlük vermək daha məsləhətdir. Onlar gül kələmindən, brokolidən, yerköküdən hazırlana bilər. Bunlardan şorba-püre də hazırlamaq olar. Balqabaq şorbaları çox faydalıdır, demək olar ki, əks göstəriciləri yoxdur. Yeməyi arpa əlavə edərək də bişirmək olar. Balıq şorbaları, yağlı olmayan hind toyuğu bulyonları da ola bilər”, – deyə ekspert bölüşüb.

 

Azpost.info

Post navigation

Previous: Yaxın beş ildə planetdə rekord istilər gözlənilir
Next: Rusiya Kiyeviə“Kinjal” hipersəs raketi ilə zərbə endirib

Oxşar xəbərlər

hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10

xƏBƏR

messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
Lionel Messi milyonların izlədiyi futbol ulduzudur. Meydanda çox vaxt sözlərə ehtiyac duymayan argentinalı futbolçu şəxsi həyatı və...
Read more about Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları
Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
Noyabrın 1-nə olan hava proqnozu hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.