60 yaşlı Bred Pitt yenidən evlənməyə hazırlaşır

Hollivud aktyoru Bred Pitt iki illik münasibətdən sonra sevgilisi İnes de Ramona evlilik təklifi etmək fikrindədir.

Azpost.info xəbər verir ki, bu barədə “Life&Style” ulduzun yaxın çevrəsindəki mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, 60 yaşlı aktyor bu yay yenidən ailə həyatı qurmağa hazırdır. Məlumata görə, Pitt sevgilisindən şəxsi həyatının təfərrüatlarının açıqlanmaması ilə bağlı müqavilə imzalamasını istəyib.

“Bredin bu yay evlilik təklifi etməyi planlaşdırdığına dair şayiələr var ki, bu da hər an baş verə bilər. O, 34 yaşlı İneslə çox xoşbəxtdir”, – nəşr qeyd edir.

Bred və İnes övlad sahibi olmaq istəyirlər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.