60 yaşlı “Ferrari” rekord qiymətə satıldı-FOTO

Nyu-Yorkda keçirilən hərracda 1962-ci il istehsalı olan Ferrari 250 GTO yarış avtomobili rekord məbləğə – 51,7 milyon dollara satılıb.

Azpost.info bildirir ki, 1974-1985-ci illərdə avtomobilin sahibi  “Ferrari Club of America” təşkilatının sədri olub.

Son 38 il ərzində avtomobil ABŞ-da bir kolleksiyaçıya məxsus olub.

Britaniya və italyan yarış sürücüləri Mayk Parkes və Lorenzo Bandini bu “Ferrari”ni 1962-ci ildə İtaliyanın “Scuderia Ferrari” yarış komandası üçün sürüblər.

AFR-in məlumatına görə, 2018-ci ildə analoji avtomobil 48 milyon dollara satılıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.