Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

61 yaşlı “qanuni oğru” infarktdan öldü

Orkhan Ali 11 Sentyabr 2025 - 21:02 (Last updated: 11 Sentyabr 2025 - 17:50)
Screenshot_20250911_175015

Kriminal dairələrdə “Damir Ufimski” kimi tanınan “qanuni oğru” Damir Timurqaleyev 61 yaşında qəfil dünyasını dəyişib. Məlumata görə, kriminal “general”ın ölümünə xroniki alkoqolizm zəminində yaranmış ürək tutması səbəb olub.

Lent.az xəbər verir ki, mərhum öz mühitində qeyri-adi bir şəxsiyyət sayılırdı. O, 16 yaşından etibarən təcridxanalar və zonalar arasında, o cümlədən Sterlitamak “maloyetka”sında vaxt keçirib.

Ümumilikdə 28 ildən çox həbs həyatı yaşayıb ki, onların 22 ili fasiləsiz – 1982-ci ildən 2004-cü ilə qədər davam edib. Ağır bədən xəsarətləri törətdiyinə görə həbs olunan və əvvəldən xuliqanlığa görə şərti cəzası olan Damir sonradan daha üç dəfə həbs olunub: 1984-cü ildə Ufada yenidən xuliqanlığa görə, 1990-cı ildə Salavatda – burada həm də “taclandırılıb” və xüsusilə təhlükəli təkrar cinayətkar kimi tanınıb, həmçinin 1995-ci ildə Bratskda qaçışa görə.

Krasnodar və Ufada narkotiklərlə bağlı iki sonrakı məhkumluq arasında Damir azadlıqda üç ildən çox qalmayıb. Sonuncu dəfə onu Sankt-Peterburqda qəsdən adam öldürmə maddəsi ilə ittiham etsələr də, cinayəti gizlətməyə görə 8 ay həbsə məhkum ediblər.

Son 8 ilini Damir Misirdə və Türkiyədə yaşayıb. Xaricdə yaşamasına baxmayaraq, o, heç vaxt axtarışda olmayıb, çünki ona qarşı cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqla bağlı cinayət işi açılmayıb.

AzPost.az

Post navigation

Previous: Niyə kifayət qədər yatmayan uşaqlar pis oxuyur?
Next: Avropa İttifaqında orta ömür uzunluğu ötən il 81,7 il olub

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

Əraqçi
  • Dünya

İran ABŞ-a kimyəvi silahla hücum hazırlayır? – Əraqçidən sərt cavab

User 18 Noyabr 2026 - 09:35
İranın xarici işlər naziri Abbas Əraqçi noyabrın 17-də İslam Respublikasının Vaşinqtonda kimyəvi silahdan istifadə etməyi planlaşdırdığı barədə...
Read more about İran ABŞ-a kimyəvi silahla hücum hazırlayır? – Əraqçidən sərt cavab
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 18 Noyabr 2026 - 09:30
Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
Putin Trampla görüş üçün Çinə gəldi putin
  • Dünya

Putin Trampla görüş üçün Çinə gəldi

User 17 Noyabr 2026 - 22:47
Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.