Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş qlobal atəşkəslə bağlı çağırış edib.
APA-nın xəbərinə görə, bu barədə Baş katib A. Quterreş BMT Baş Assambleyasının 75-ci sessiyasının ikinci günündə çıxışı zamanı bildirib.
“Mən pandemiya başlayan kimi bütün ölkələrə qlobal atəşkəslə bağlı çağırış etdim. Bu çağırışın beynəlxalq ictimaiyyət tərəfindən ilin sonunadək reallaşdırılmasına yeni bir təkan vermək üçün bu gün mən yenə də müraciət edirəm. Bizim düz 100 günümüz var. Pandemiya dövründə münaqişələrin yeganə bir qalibi var: o da virus özüdür”, – deyə Baş katib deyib.