“Şəhid ailələrinin kartlarına vurulan pul yardımdır” –Nazirlik çaşqınlığa aydınlıq gətirdi  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün şəhid ailəsi üzvlərinin bank kartlarına ödənən vəsaitə aydınlıq gətirib.

Azpost.info bildirir ki, bununla bağlı qurumun rəsmizi Fazil Talıbov məlumat verib. Onun sözlərinə görə, bu gün şəhid ailəsi üzvlərinin bank kartlarına ödənən vəsait onlara hər ay ödənən təqaüd yox, PAŞA Qrup Şirkətləri tərəfindən əlavə dəstək məqsədilə ödənən yardımdır: “Bank hesablarında fərqli məbləği görən vətəndaşlarımızda çaşqınlıq yaranmasına ehtiyac yoxdur.

Şəhid ailəsi üzvlərinə aylıq təqaüd hər ay olduğu kimi yaxın günlərdə eyni qaydada bank kartlarına oturacaq”.

“Paşa Qrup” Şirkətlərinin bu nəcib aksiyası barədə KİV-də də məlumat verilib. Koronavirusla mübarizə məqsədilə dövlətin istifadəsinə təqdim olunan otel və obyektlər üzrə xərclər Nazirlər Kabinetinin qərarı ilə dövlət tərəfindən qarşılanıb. Azərbaycan dövləti tərəfindən atılan xeyirxah addıma cavab olaraq, PAŞA Qrup Şirkətləri kompensasiya edilmiş məbləği şəhid ailələrinə təqdim etmək qərarına gəlib. Belə ki, Qrupun otelləri tərəfindən həyata keçirilən xərcləri qarşılamaq məqsədilə təqdim edilən vəsait ölkəmizdəki 12000 şəhid ailəsinə yardım olaraq təqdim olunub.

“Dəstək tədbiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi Siyahı əsasında və nazirlik tərəfindən təqaüdlə təmin olunan hər bir şəhid ailəsi üzvünü əhatə edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DTX Azərbaycan vətəndaşlarına müraciət etdi:

Sonrakı məqalə