65 yaşdan yuxarı müəllimlər işləmək istəyirlərsə, nə etməlidirlər?- AÇIQLAMA

“60 yaşlı müəllimlərin sertifikatlaşdırma prosesində iştirakı könüllüdür. Bundan aşağı yaşlarda bir müəllim sertifikatlaşdırma imtahanlarında iştirak etmirsə, kəsilmiş hesab edilir.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən “Hesabat Brifinqi” zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“65 yaşdan sonra bir müəllimə ciddi ehtiyac varsa, işdə qala bilər. Bunun əsas göstəricisi də sertifikatlaşdırma imtahanıdır.
İmtahanda yüksək nəticə göstərməlidir ki, müqavilə müddətini uzadaq” , – deyə o qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.