65 yaşlı kişi 10 yaşlı uşağa qarşı əxlaqsızlıq edib? –Polisdən açıqlama

Xətai rayonu ərazisində 10 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edilməsilə bağlı polisə müraciət daxil olub.
DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 65 yaşlı şəxs saxlanılıb.
O, izahatında azyaşlının idman qurğusu olan turnikdən asılı vəziyyətdə olduğunu görüb və onun oradan yalnız düşməsinə kömək etdiyini bildirib.
Uşağın valideyni övladına qarşı heç bir fiziki zor və əxlaqsız hərəkətlər edilmədiyindən ilkin verdiyi ərizə ilə bağlı şikayət və tələbinin olmadığını bildirib.
Faktla bağlı hazırda araşdırmalar davam etdirilir.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.