68 ildən sonra həbsxanadan çıxan amerikalı iş axtarır –

"Dünya çox dəyişib" (FOTO)
18 May 2021 - 08:51

68 il sonra həbsxanadan çıxan amerikalı gələcək planlarını açıqlayıb. O, ilk olaraq iş axtardığını deyib.

Bu barədə BBC xəbər yayıb.

Bildirilir ki, 83 yaşlı Layqon 15 yaşında həbsxanaya düşüb. O, dərslərini pis oxuduğunu və yeniyetməlik dövründə öz adını belə hərfləyə bilmədiyini etiraf edib. Bundan əlavə onun dostları olmayıb və idmanla maraqlanmayıb.

1953-cü ildə o, pis dostların əhatəsinə düşüb. Bir dəfə isə şəhərdə gəzərkən o, içki içən gənc insanlarla rastlaşıb. Həmin gecə iki nəfərin öldüyü və altı nəfərin yaralandığı bıçaqlanma ilə bitir. Layqon hamıdan tez ələ keçib, sonra ona qətllə bağlı ittiham irəli sürülüb. Yeniyetmə ittihamları qəbul etməsə də məhkəmə ona ömürlük həbs cəzası verib.

Amerikalının sözlərinə görə 2005-ci ildə onun kimi məhkumların halını ictimaiyyətə çatdırmaq istəyən vəkil ona yaxınlaşıb. Nəticədə 2020-ci ildə məhkəmə onun tərəfində durub və azadlığa çıxması barədə qərar verib.

Co ətraf dünyanın dəyişdiyini etiraf edib.

“Mən həyatım boyu gördüyüm işlə məşğul olmaq istəyirəm. Mənə süpürgəçi və qapıçı vəzifəsini verin”, – deyə Layqon xahiş edib.