7 yaşlı qız ölmüş anası ilə bir neçə gün bir mənzildə qaldı

Qətl
Qətl

Rusiyanın Tümen vilayətində yeddi yaşlı qız ölmüş anası ilə bir neçə gün bir mənzildə qalıb.

AzPost bildirir ki, bu barədə 72.RU xəbər verir.

Nəşrin məlumatına görə, gənc qadının meyiti oktyabrın 5-də mənzildə aşkarlanıb. Ehtimal olunur ki, meyit orada bir neçə gün qalıb. Onun birinci sinifdə oxuyan qızı da mənzildə olub. Nəşr qeyd edir ki, qız çox güman ki, anasının yatdığını zənn edib.

Qadınla telefonla əlaqə saxlaya bilməyən dostu həyəcan təbili çalıb. O, evinə gedib və uşağı qapını açmağa razı salıb.

RİA Novosti xəbər verir ki, Tümen vilayətinin İstintaq Komitəsi qadının meyitinin tapılması ilə bağlı prosessual araşdırmanın aparıldığını bildirib. İdarədən bildirilib ki, qadının meyitində hər hansı kriminal ölüm əlamətləri yoxdur. Məhkəmə-tibbi ekspertizası aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.