Naxçıvan şəhəri Babək məhəlləsi 25 və N.Tusi küçəsində yerləşən 30 mənzilin əsaslı təmiri və zəruri avadanlıqlarla təmin edilməsi ilə əlaqədar elan edilən tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarda bildirilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil.
Tenderin dəyəri 701 098 AZN olub. Naxçıvan Şəhər İcra Hakimiyyəti yenidən tender keçirməyi planlaşdırır.