72 müəllimin maaşına əlavə pul yazılacaq

Emin Əmrullayev
Emin Əmrullayev

Cari ilin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi bitdikdən sonra ümumilikdə 72 mindən çox təhsilverənin əməkhaqqısına əlavələr ediləcək.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, 2022–2025-ci illər üzrə təşkil olunmuş imtahanlarda 80 mindən çox müəllim iştirak edib:

“2025-ci ilin sentyabr ayı üzrə müəllimlərin orta aylıq əməkhaqqısı 965 manat təşkil edib. Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqısı 3 dəfəyə qədər artıb”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.