Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib

Dekabrın 24-də Gürcüstanın Baş naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA xəbər verir ki, Gürcüstanın Baş naziri dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

 

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd edilərək əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hərbi qulluqçular “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi-

Sonrakı məqalə

Prezident İlham Əliyev doğum günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib –