750 manata sosial yardım “düzəldən” şəxsə hökm oxundu

Məhkəmə DYP-nin protokolunu ləğv etdi
Məhkəmə DYP-nin protokolunu ləğv etdi

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) tanışlarının olduğunu deyərək sosial yardım düzəltmək adı altında dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, təqsiləndirilən şəxs Samir Nizami Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci maddis ilə mühakimə edilib və ona 1 il 5 ay 26 gün müddətinə azadlığı məhdudlaşdırılması cəzası təyin edilib.

İş materiallarından məlum olur ki, təqsirləndirilən şəxs vətəndaşlardan birindən 750 manat alaraq ona ünvanlə sosial yardım düzəldəcəyini vəd edib. O, vətəndaşı inandırmaq üçün DSMF-də tanışlarının olduğunu bildirib.

Pulu aldıqdan sonra vədinə əməl etməyib. Zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.