8 ayda mobil telefon rabitəsində 757 milyon manat gəlir əldə edilib

Yanvar-avqust aylarında informasiya və rabitə müəssisələri tərəfindən 1 milyard 976,5 milyon manatlıq xidmət göstərilib.

Dövlət Statistika Komitəsinin açıqlanan məlumatlarına görə, bu ilin səkkiz ayında göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 14,3 faiz artıb.

Məlumata əsasən, ötən dövr ərzində bu sahədə əldə edilmiş gəlirin 83,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. 76,1 faizi əhali sektoruna aid olub, 38,3 faizi və yaxud 757,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.