2024-cü ilin yanvar-avqust aylarında 597.5 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub.
Azpost.info bildirir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin Bülletenində açıqlanıb.
Kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 10.2 faiz artıb.
Cari ilin avqust ayında almanın, moruğun, gavalının, göyəmin, nektarinin, yemişin, fındığın, soğanın (Ağdam, sarı), xiyarın, çuğundurun və qarğıdalı sütülünün topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb.
Azpost.info