89 uşağı olan ən böyük ailə sahibi öldü –

FOTO
14 İyun 2021 - 08:29

Hindistanın Mizoram ştatından olan Ziona Çana vəfat edib. O, özündən sonra 38 həyat yoldaşı və 89 övlad qoyub.

“Haber Global”ın məlumatına görə, mərhum dünyanın ən böyük ailəsinin sahibi sayılırdı. Onun həyat yoldaşları və uçaqlarından başqa 14 gəlini və 33 nəvəsi var idi.

Çana və onun ailə üzvlərini görmək üçün çox sayda turist onun doğma kəndini ziyarət edirdi.

Mərhumun şəkər və təzyiq kimi sağlıq problemlərinin olduğu bildirilib.