9 ayda ölkədə 424 min ton ət istehsal olunub

Ət bahalaşıb
Ət bahalaşıb

Bu ilin yanvar-sentyabr aylarında diri çəkidə 424,5 min ton ət, 1682,9 min ton süd, 1662,7 milyon ədəd yumurta, 15,1 min ton yun, 357 ton barama istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ət istehsalı 3,2 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 11,9 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3 faiz azalıb.

Kənd təsərrüfatının ümumi məhsulu 3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,5 faiz, bitkiçilik məhsulları istehsalı 2,5 faiz artıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.