8 ayda ölkəmizə neftdən 4 milyard 728 milyon dollar gəlir gəlib

Bu ilin yanvar-avqust aylarında (01.01.2023-01.09.2023 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 4 728 mln. ABŞ dolları təşkil edib.

Bu da illik müqayisədə 28,7% azdır.

ARDNF-dən Azpost.info-ya  verilən məlumata görə, 2022-ci ilin eyni dövründə sözügedən göstərici 6 629 mln. ABŞ dolları səviyyəsində olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.