Rusiya Müdafiə Nazirliyi Kiyevin mülki əhalisini və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını cavab zərbəsi endiriləcəyi təqdirdə şəhəri dərhal tərk etmələrinin vacibliyi barədə xəbərdar edib.
Azpost.info-nun məlumatına görə, bu barədə nazirliyin açıqlamasında bildirilib.
Qeyd olunub ki, əgər Ukrayna Qələbə Günü şənliklərini pozmaq üçün planlarını həyata keçirməyə cəhd edərsə, Rusiya Silahlı Qüvvələri Kiyevin mərkəzinə cavab zərbəsi endirəcək.
“Kiyevin mülki əhalisini və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını şəhəri dərhal tərk etmələrinin vacibliyi barədə xəbərdar edirik”, – deyə idarə bildirib.
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin qərarına uyğun olaraq, Sovet xalqının Böyük Vətən Müharibəsində qələbəsinin qeyd olunması şərəfinə 8-9 may tarixlərində atəşkəs elan ediləcək.