9 yaşlı qız dilənçi idi, məşhur model oldu –"Zoluşka"nın şok həyat dəyişimi /VİDEO

Rusiyada küçədə dilənçilik edən doqquz yaşlı evsiz qız sosial media ulduzu və modeli olub.

AzPost bildirir ki, balaca “Zoluşka”nın hekayəsi sosial şəbəkədə viral olub.

Qız bir il əvvəl küçələrdə yaşayır və dilənçilik edirdi, amma amma indi uşaq geyimləri reklamlarında çəkilir və ayda 150.000 rubl qazanır.

Mehrabanın doqquz yaşı var. O, Özbəkistandandır. Üç yaşında valideynləri ilə birlikdə Dağıstana köçüb. Atası vətəninə deportasiya edilib və anası küçədə qalıb. Mehrabanın nə evi, nə də pulu var idi. Sağ qalmaq üçün beş il dilənçilik etməli olub.

Onun həyatı ötən il bir təsadüf üzündən dəyişib. Keçən il bir turist bu balaca gözəl qızı görüb, şəklini çəkib sosial mediada paylaşıb. Paylaşım viral olub və Mehraban çəkilişlərə dəvət almağa və küçələrdə tanınmağa başlayıb.

İndi gənc modelin İnstaqramda təxminən 30.000 izləyicisi var. O, doqquz yaşında yaxşı gəlir əldə edir və hələ də küçədə olan anasını dolandırır. O, yerli bir qadın Canet ilə yaşayır. Qadın əvvəlcədən onu himayəsinə götürüb. Bioloji anası heç nəyi dəyişdirmək istəmir və qızının qəyyum ailədə daha yaxşı yaşayacağına inanır.

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.