ABŞ-ın “Apollon 8” kosmik gəmisi ilə Ay ətrafında uçan və kosmosda ən məşhur fotoşəkillərdən birini çəkən amerikalı astronavt Uilyam Anders 90 yaşında təyyarə ilə uçarkən həlak olub.
Azpost.info BBC-yə istinadən bildirir ki, rəsmilər onun təyyarəsinin Vaşinqton ştatında Sietl şəhərinin şimalında suya düşdüyünü bildirib.
Andersin oğlu Qreq atasının kiçik təyyarəni idarə etdiyini və cəsədinin cümə günü günortadan sonra aşkar edildiyini təsdiqləyib. “Ailəmiz kədər içindədir. O, əla pilot idi. Onun üçün darıxacağıq”, – deyə ailənin açıqlamasında bildirilir.
1968-ci ildə Anders Aya çatan ilk ekipajlı kosmik gəmi olan Apollo 8 missiyasının Ay modulunun pilotu idi. O, planetimizin kosmosdan çəkilmiş ən məşhur görüntülərindən biri olan “Yer kürəsi” adlı ikonik fotoşəkilin müəllifi idi.