Cari ildə 116 kənd, qəsəbə və yeni yaşayış massivlərinin qazlaşması icrasına başlanılıb. 900-dən artıq yaşayış məntəqəsi qazlaşma növbəsindədir.
Bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin (İB) Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.
Şöbə rəisi bildirib ki, növbəti ildə isə 123 kənd, qəsəbə və yeni yaşayış massivlərinin qazlaşdırılması planlaşdırılıb. Hər birində daşıyıcı, paylayıcı qaz kəmərlərinin çəkilməsi “Azəriqaz” tərəfindən ödənişsiz həyata keçiriləcək. 123 yaşayış məntəqəsindən 61-i kənd və qəsəbələrin, 62-si isə yeni yaşayış massivlərinin payına düşür. Yeni yaşayış massivlərinin daxilinə Bakı ətrafı kənd və qəsəbələr də aid edilir ki, onların yalnız genişlənən hissəsinin qazlaşma işləri aparılacaq.