92 yaşlı Kamerun prezidenti yenidən seçkidə qalib gəlib –43 ildir hakimiyyətdədir

43 ildir hakimiyyətdə olan 92 yaşlı Kamerun prezidenti Pol Biya qeyri-rəsmi nəticələrə görə yenidən seçilib.

AzPost -un məlumatına görə, CameroonOnline.org xəbər verir ki, hazırkı dövlət başçısı özünü qalib elan edib. Bununla belə, bir neçə müxalifət xadimi çoxsaylı pozuntular olduğunu iddia edərək, seçkinin nəticələrini qəbul etmir.

43 ildir Kamerunu idarə edən Pol Biya dünyanın ən uzun müddətli dövlət başçısıdır. O, 1982-ci ildə prezident vəzifəsini icra etməyə başlayıb. Əvvəlcə baş nazir seçilsə də, o vaxtdan vəzifəsində qalıb.
Pol  Biya 1982-ci ildə Əhməd Ahidjodan sonra prezident olub.

Kamerun geniş prezident səlahiyyətlərinə malik prezident respublikasıdır. Seçki sistemi bir turdan ibarətdir, ən çox səs toplayan namizəd qalib gəlir. Dövlət başçısı ümumi səsvermə yolu ilə birbaşa, gizli səsvermə yolu ilə yeddi il müddətinə seçilir.  Prezident silahlı qüvvələrin baş komandanıdır və baş naziri, hökumət üzvlərini və qubernatorları vəzifəyə təyin və vəzifədən azad edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.