“94 min uşaq artıq I sinfə birbaşa yerləşdirilib” –Təhsil naziri

Bu gün birinci siniflərə qəbul prosesinə start verildi.

Bu barədə Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, prosesin daha çevik və şəffaf təşkili məqsədilə dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul elektron sistem vasitəsilə həyata keçirilir:

“Belə ki, keçən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərdən 94.000 nəfəri artıq I sinfə birbaşa yerləşdirilib. Bütün valideynlər və qanuni nümayəndələr uşaqları sərbəst şəkildə www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Qəbulla bağlı hər hansı çətinliklə qarşılaşdıqda qeyd olunmuş “whatsapp” hesablarına və yerlərdə (Bakı şəhəri daxil olmaqla) fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz: https://baku.edu.gov.az/az/page/9/5548“.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramovla Sergey Lavrov Qarabağda vəziyyəti müzakirə edib

Sonrakı məqalə

ABŞ Sahil Mühafizəsinin kateri Qara dənizə daxil olub