Ceyhun Bayramovla Sergey Lavrov Qarabağda vəziyyəti müzakirə edib

Cari ilin 27 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, tərəflər bölgədə hazırda mövcud olan vəziyyəti və üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri, o cümlədən bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətini müzakirə ediblər.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avtomobillərin şüşələrinə örtüklərin çəkilməsinə dair yeni qayda hazırlanacaq

Sonrakı məqalə

“94 min uşaq artıq I sinfə birbaşa yerləşdirilib” –