Zorlanan 11 yaşlı qız danışdı:"Mənə dedi ki..." (VİDEO)

Xəbər verdiyimiz kimi, İmişlidə 11 yaşlı qız ana olub.

“ARB xəbər”ə danışan 11 yaşlı qızın nənəsi Sənubər Şükürova əvvəl uşağın qarnına su yığıldını zənn edib. Həkimə müayinəyə apardıqdan sonra məlum olub ki, 11 yaşlı qız 31 həftəlik hamilədir.

Nənəsinin sözlərinə görə, uşaq ögey atası tərəfindən təcavüzə məruz qalıb. Hadisələr isə qızın anasının işdə olduğu zamanlarda baş verib.

Azyaşlı qız qeysəriyyə yolu ilə əməliyyat olunub. Ana reanimasiya bölməsinə yerləşdirilib, körpənin vəziyyətinin yaxşı olmadığı bildirilir.

Sujetdə qızın da görüntüləri yer alıb. O deyib ki, atalığı ona heç kimə zorlandığı haqda deməməyi tapşırıb.

Qeyd edək ki, Baş Prokurorluqda faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

Hadisənin təfərrüatları ilə bağlı videonu təqdim edirik:

https://www.youtube.com/watch?v=tcim_K9qE0M

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Türkiyə XİN ASALA üzvünün azadlığa buraxılmasına münasibət bildirib