Ermənistanın HHM sistemini dağıdan “Qarabağ mücrüsü” planı –General məxfi detalları açıqladı

“Düşmənin eşolanlaşdırılmış hava hücumundan müdafiə sistemini məhv etmək üçün biz “Qarabağ mücrüsü” adı verdiyimiz bir sıra tədbirlərdən ibarət xüsusi əməliyyat planı hazırladıq”.
Bunu müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Ramiz Tahirov İTV-nin efirində yayımlanan “Görünməyən qəhrəmanlar – Hərbi Hava Qüvvələri” adlı sənədli filmdə deyib.

Nazir müavini hərbi hava qüvvələrinin döyüş planları ilə bağlı sirləri də açıb:

“Birincisi, düşmənin bütün növ zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud olan aviasiya vasitələrimizi havaya qaldırıb, kütləvi aviasiya zərbəsini imitasiya etdik.

Həmin imitasiya vasitələri ilə düşmənin zenit-raket komplekslərini məhvetmə zonasına daxil olmadan müxtəlif manevrlər edirdik. Lakin çox keçmədən düşmən bizim etdiklərimizin yayındırıcı manevrlər olduğunu anlayacaqdı. Ona görə, ikinci, düşmənin fəndimizi başa düşməməsi üçün Dövlət Sərhəd Xidmətinə məxsus, içərisində pilot olmayan və “kukruznik” adı ilə bilinən AN-2 təyyarələrini düşmən zenit-raket komplekslərinin məhvetmə zonasına yönəltdik.

Düşmən bu təyyarələri məhv etdikdən sonra bunların yalançı hədəflər olduğunu başa düşəcək və adekvat tədbirlər görəcəkdi.

Üçüncü, ona görə AN-2 təyyarələrinə müxtəlif bombalar quraşdırıldı, əgər bu təyyarələr düşmən tərəfindən vurulmasaydı, kamikadze-dron kimi yerdəki hədəfləri məhv edəcəkdi.

Dördüncü, əlbəttə, bir müddət sonra düşmən bunu da anlayacaqdı. Bu hədəflərə qarşı TOR-M2 KM komplekslərindən yox, daha ucuz vasitələrdən atəş açacaqdı. Bizim məqsədimiz isə TOR-M2 KM komplekslərinin məhdud sayda olan müasir raketlərinin düşmən tərəfindən sərf edilməsi idi. Deyə bilərəm ki, buna nail olmuşuq”.

https://youtu.be/3yIR-fKpgaM
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ukraynanın müdafiə naziri istefa verib

Sonrakı məqalə

Azərbaycanın 3 boksçusu dünya çempionatında yarımfinala yüksəlib