ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistan-Azərbaycan sərhəddində atəşin dayanmasını alqışlayıb.
Azpost.info bildirir ki, o, bu barədə tvitterdə yazıb.
“Rusiyanın vasitəçiliyi ilə atəşin kəsilməsini alqışlayıram. Gərginliyin aradan qaldırılmasına çağırıram”-deyə Linde yazıb.
O, bildirib ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh prosesini dəstəkləyir.