Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib

Azərbaycan UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun İcraiyyə Şurasına üzv seçilib.

Sessiya çərçivəsində qurumun İcra Şurası üzvlüyünə seçkilər keçirilib. Azərbaycan UNESCO-nun ikinci seçki qrupundan qurumun İcraiyyə Şurası üzvlüyünə namizədliyini irəli sürüb.

Noyabrın 17-də UNESCO Baş Konfransının 41-ci sessiyası çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan səs çoxluğu ilə İcraiyyə Şurasına üzv seçilib.

Xatırladaq ki, Azərbaycan 2005-2009-cu illərdə də UNESCO İcraiyyə Şurasının üzvü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“10 yaşına qədər olan uşaqlarımıza müavinət verilməlidir” –

Sonrakı məqalə

“Rusiyanın vasitəçiliyi ilə atəşin kəsilməsini alqışlayıram” –