Britaniya kraliçası 2-ci Elizabet Samsung markalı mobil telefon işlədir. Telefon haker hucumuna qarşı şifrələnib və ancaq kraliçanın ailə üzvləri ilə danışması üçün nəzərdə tutulub.
Azpost.info bildirir ki, bu barədə krallığın eksperti Conatan Sakerdoti bildirib. Onun sözlərinə görə, heç də bütün qohumlar və yaxınlar kraliça ilə birbaşa telefonda danışmaq şərəfinə nail deyillər.
Mobil telefon siyahısında olan yalnız 2 abonent istənilən vaxt kraliçaya zəng vura bilər, Elizabet də tez-tez yalnız bu iki nömrə ilə danışır. Kraliçaya birbaşa zəng vuranlardan biri qızı, şahzadə Anna, digəri isə meneceri Con Uorrendir. Uorren Elizabetin dostu, mərhum qraf Karnarvonun kürəkəndir. Ekspertin sözlərinə görə, bu nömrələrdən zəng gələndə kraliça dünyanın o başında olsa da dəstəyi götürür.
Telefonun müdafiə sistemi Mİ6 tərəfindən işlənib.