“Qor Martirosyanın öldürülməsi barədə yayılan məlumat yalandır” –MÜDAFİƏ NAZİRLİYİ AÇIQLAMA VERDİ

Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya açılan atəş nəticəsində Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvü Qor Martirosyanın öldürülməsi barədə yayılan məlumat əsassızdır və tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyindən (MN) bildiriblər.

“Bildiririk ki, bu kimi yalan məlumatların yayılması dekabrın 5-də axşam saatlarında qarşı tərəfdə baş vermiş ölümlə nəticələnən növbəti cinayətin ört-basdır edilməsi cəhdidir”, – qeyd olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir