Böyük Britaniya Kraliçası II Elizabetin ikinci oğlu Şahzadə Endryu bütün hərbi titullarından və kral ailəsinin himayədarlığından məhrum edilib.
Bukingem Sarayı şahzadə Endryuya aid bütün hərbi titulların və kral ailəsinin himayədarlığının kraliçaya qaytarıldığını açıqlayıb.
York hersoqu titulunu daşıyan şahzadə Endryu rəsmi olaraq “Əlahəzrət” titulundan istifadəni dayandıracaq.