Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qızıl Xaçdan 28 il əvvəl yazılmış azərbaycanlı əsirin məktubuna reaksiya

User 06 Aprel 2022 - 17:13 (Last updated: 21 May 2025 - 20:15)
qirmizi xaç esir mektub

“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) saxlanılan şəxsi azad etmək hüququ yoxdur”.

Bunu APA-nın sorğusuna cavab olaraq BQXK Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, BQXK saxlanılan şəxslərin azad edilməsi prosesinə təsir göstərmir.

“Bu, yalnız həbs edən orqanların səlahiyyətindədir”, – İlahə Hüseynova əlavə edib.

Onun sözlərinə görə, beynəlxalq humanitar hüquq silahlı münaqişə tərəflərinin öhdəliklərini müəyyən edən ümumi qaydalar toplusudur: “Beynəlxalq humanitar hüquq münaqişədə iştirak etməyənləri – xəstə, yaralı və əsir götürülənləri, tibb işçiləri və mülki şəxsləri qoruyur. Hər bir tərəf yaralılara, xəstələrə və əsirlərin qayğısına qalmaq, mülki şəxsləri qorumaq, itkin düşmələrin qarşısını almaq, itkin düşənlərin taleyini aydınlaşdırmaq yönündə bütün lazımi addımları atmağa məsuliyyət daşıyır”.

İlahə Hüseynova qeyd edib ki, mandatına uyğun olaraq BQXK silahlı münaqişə ilə əlaqədar saxlanılan şəxslərə baş çəkir, bu insanlarla rəftarı və saxlanma şəraitini qiymətləndirir və saxlanılan şəxslərin ailələri ilə əlaqə yaratmalarına köməklik göstərir: “BQXK başçəkmələrlə bağlı nəticələri ictimailəşdirməmək şərti ilə – konfidensial və ikitərəfli qaydada məsul orqanlarla müzakirə edir. BQXK-nın saxlanılan şəxsi azad etmək hüququ yoxdur”.

O, bir daha diqqətə çatdırıb ki, BQXK münaqişənin təsirinə məruz qalan insanlar, onların ailələri və hakimiyyət orqanları ilə ikitərəfli konfidensial dialoq əsasında ünsiyyətdə olur: “Taleyi məlum olmayan şəxslər İtkin düşmüş şəxslərin siyahısına daxil edilir və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının onların taleyinin aydınlaşdırılması və ailələrinə cavab verilməsi istiqamətində həyata keçirdiyi səylərə dəstək veririk”.

Xatırladaq ki, ötən gün mediada Quba rayonundan olan hərbi qulluqçu Novruzov Laçın Əhməd oğlunun 1994-cü ildə əsirlikdə olarkən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə evlərinə göndərdiyi məktub yayımlanıb. Məktubda Laçın Novruzov həmin vaxt sağ olduğunu, Ermənistanın Edili kəndində saxlanıldığını yazıb və ailəsindən onu əsirlikdən qurtarmasına kömək göstərmələrini istəyib.

Post navigation

Previous: Almaniya Ukrayna ilə təhlükəsizlik zəmanətləri barədə məxfi müzakirələr aparır
Next: 28 Mayda əfv fərmanı olacaq?

Oxşar xəbərlər

iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.