“Putin diqqətini Donbasa yönəldib və mayın 9-dək qələbə qazanmaq istəyir”.
Azpost.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “Le Point”ə müsahibəsində deyib. Makron hesab edir ki, “şanlı 9 May hərbi paradını” hədəfləyən Putini qısa müddətdə danışıqlar masasına gətirmək mümkün olmayacaq.
Putini Ukraynanı işğal etməyə sövq edən səbəblərlə bağlı sualı cavablandıran Makron bildirib ki, uzunmüddətli özünütəcrid qəzəbə, bu qəzəb də sonradan paranoyaya çevrilib: “Putin 2014-cü il sanksiyalarından sonra özünütəcridi gücləndirdi. Bunda COVID-in rolunu da qiymətləndirməmək olmaz. O, aylarla Soçidə idi, özünü qapatmışdı və digər siyasətçilərlə az təmasda idi”.
Azpost.info