Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

“Türkdilli xalqların mənəvi birliyini yaratmaq bizim borcumuz idi” –

User 16 Aprel 2022 - 14:57 (Last updated: 21 May 2025 - 20:15)
seyx teze
“Türk Dövlətləri Təşkilatının dövlət başçılarının birliyi yarandıqdan sonra mənəvi birliyə böyük ehtiyac duyulurdu. Çünki qlobollaşma dövründə dini, dili, tarixi bir olan türkdilli ölkələrin, xalqların birliyini yaratmaq bizim borcumuz idi. Bu istiqamətdə artıq uzun zamandır işlər gedirdi. Sevindirici haldır ki, türkdilli dövlətlərin və onların liderlərinin birliyinin yaranması, bizim də mənəvi birliyimizin formalaşmasına təkan verib. Əsas məsələlərdən biri isə budur ki, dövlət başçıları bir çox sahələrdə qərarlar qəbul etdikdə, biz də öz sahəmiz üzrə köməkliklər göstərək və onların fəaliyyətini təbliğ edək. Bu, olduqca vacib amildir”.
Bu fikirləri “Report”a açıqlamasında İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlər Şurasında iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib.
A.Paşazadə türkdilli dövlətlərin ortaq mədəni-mənəvi irsindən danışıb:
“Şeyx Nizamini həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində tədqiq edirlər. Biz də Manası, Dədə Qorqudu, bundan başqa, elm adamlarımızı, əlyazmalarımızı bir-birimizlə paylaşmalı və əməkdaşlıq etməliyik. Hazırda bu məsələlərdə bizim birliyimizə ehtiyac var”.
Şeyxülislam Şuşa Bəyannaməsinin bu birliyi ərsəyə gətirmək üçün əvəzsiz rolu olduğunu qeyd edib:
“Xüsusən onu qeyd edə bilərəm ki, bu birlik məfhumu Şuşa Bəyannaməsindən sonra daha da aktual oldu. Çünki Şuşa Bəyannaməsi mahiyyət etibarilə TDT-ın bünövrəsidir. Bu gün dünyada baş verən hadisə və proseslər də bizi TDT çərçivəsində birlikdə olmağa və hərəkət etməyə vadar edir”.

Post navigation

Previous: “İlon Mask Şri-Lanka dövlətini alıb öz adını ora qoysun”
Next: “Ermənistan bankları Rusiya əleyhinə sanksiyalara qoşulacaq” –

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.