“Ermənistan bankları Rusiya əleyhinə sanksiyalara qoşulacaq” –SƏFİR

Ermənistan bankları Rusiya əleyhinə sanksiyalara qoşulacaq.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin bəyanatından məlum olub. Onun sözlərinə görə, təxminən bir ay əvvəl o, Ermənistan bankları ilə görüş keçirib və həmin bankları Rusiyaya kömək etməkdən çəkinməyə çağırıb.

“Birləşmiş Ştatlar Ermənistanın beynəlxalq sanksiyalara sadiqliyini yüksək qiymətləndirir və bu məsələ ilə bağlı Ermənistanın bank sektorunun nümayəndələri ilə müntəzəm əlaqə saxlayır”, – səfir vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

“Türkdilli xalqların mənəvi birliyini yaratmaq bizim borcumuz idi” –

Sonrakı məqalə

Heydər Əliyev siyasəti – Tolerantlıq