Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Prezident “Qafqaz Qartalı” təlimi ilə bağlı memorandumu təsdiqləyib

User 23 Aprel 2022 - 16:07 (Last updated: 21 May 2025 - 20:15)
qafqaz qartali

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanunu təsdiq edib.

Qanuna əsasən, 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumu təsdiq edilib.

Qanuna əsasən, tərəflər Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün dövlətdaxili hüquqi prosedurların başa çatması barədə depozitariyə yazılı olaraq məlumat verir. Bu Anlaşma Memorandumu tərəfləri onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili hüquqi prosedurlarını tamamladığını bir-birinə diplomatik kanallar vasitəsilə bildirdikləri sonuncu yazılı bildirişin alındlğı tarixdən qüvvəyə minir. Anlaşma Memorandumu bir il müddətinə qüvvədə qalır və tərəflərdən birinin digərinə Anlaşma Memorandumunun müddətinin bitməsindən 30 gün əvvəl diplomatik kanallar vasitəsilə onu ləğvetmək niyyəti barədə yazılı olaraq bildriiş vermədiyi təqdirdə avtomatik olaraq sonrakı 1 illik müddətinə uzadılır. Bu Anlaşma Memorandumu bildirişin alındığı tarixdən 30 gün sonra ləğv edilir.

Sənəddə qeyd edilir ki, “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumu çərçivəsində hər hansı fəaliyyətin həyata keçirilməsinə qadir olması üçün təlimə dəstək göstərmək və ya təlimdə iştirak etmək üçün ev sahibi ölkənin (ESÖ) ərazisinə öz qüvvələrini göndərən ölkənin (GÖ) şəxsi heyəti sağlamlıq baxımından yararlı olmalıdır. ESÖ tərəfindən sağlamlıq baxımından yararlılığı bildirən tibbi arayış tələb olunacaq. Eyni zamanda GÖ təlimin başlanmasından 10 gün əvvəl təlimdə iştriak edəcək şəxsi heyətin sağlamlıq vəziyyətlərini təlimdə iştriak üçün əlverişşi olduğunu bildirən tibbi arayış göndərəcək. GÖ təlimdə iştirak edən şəxsi heyətinə ÜST-ün müəyyən etdiyi peyvəndlərin ESÖ-yə girişdən əvvəl vurulmasını təmin edəcək. Bu məqsədlə ÜST-ün müəyyən etdiyi vurulan peyvəndlərin qeyd olunduğu standart opeyvənd kitabçaları şəxsi heyətin üzərində olmalıdır. GÖ-nün şəxsi heyəti əvvəlcədən müəyyən edilmiş yerdəyişmə müddəti üçün kifayət edəcək miqdarda dərman və ləvazimatı özləri ilə götürməlidir.

Post navigation

Previous: Ukraynada müharibə dünyada taxılı bahalaşdırıb
Next: Sağlam ürəyin açarı olan zoğal

Oxşar xəbərlər

menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33

xƏBƏR

pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il noyabrın 3-də Brüsseldə keçirilən Aİ-nin genişlənməsi sammiti çərçivəsində “Euronews”a müsahibəsində...
Read more about Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?
Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb? menzil f
  • Baş Yazı

Bakıda mənzil və torpaq kəskin bahalaşdı – Ən çox artım hansı rayonlarda qeydə alınıb?

User 03 Noyabr 2026 - 19:24
Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib zelenski
  • Dünya

Zelenski Putinlə telefon danışığı aparmaqdan imtina edib

User 03 Noyabr 2026 - 19:12
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.