Ukraynada müharibə dünyada taxılı bahalaşdırıb

Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq dünya taxıl ticarətinin dörddə birinə təsir edib və qiymətlərin artmasına səbəb olub.

Azpost.info xəbər verir ki, bunu Ukrayna aqrar siyasət nazirinin müavini Taras Vısotski deyib.

Onun sözlərinə görə, bütün dünya müharibənin tezliklə başa çatmasında maraqlıdır. Çünki Ukraynadan buğda tədarükü dünyanın 15 ölkəsinin illik buğda istehlakının 10 faizindən çoxunu təşkil edir. “Bütün sərhədyanı ölkələr Ukraynadan üçüncü ölkələrə taxıl ixracı probleminə reaksiya verdilər və yük daşımalarının qeydiyyatı prosedurlarını əhəmiyyətli dərəcədə sadələşdirdilər. Xüsusən də Rumıniya, Slovakiya, Macarıstan, Litva, Latviya, Estoniya, həmçinin İtaliya, Türkiyə, Bolqarıstan, Gürcüstan, Danimarka, Yunanıstan və Avstriya Ukrayna daşıyıcıları üçün liberal şərtlər təqdim edib”, – nazir müavini bildirib.

Azpost.info

Əvvəlki məqalə

Baydendən Abramoviçə qarşı sanksiya tətbiq etmək tələb olunur

Sonrakı məqalə

Prezident “Qafqaz Qartalı” təlimi ilə bağlı memorandumu təsdiqləyib