Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətinin Köhnə Nelidovka kəndinin ərazisində silah anbarında yanğın söndürülüb.
Bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Qubernator mülki əhali arasında zərərçəkənlərin olmadığını bildirib.
Hadisənin səbəbləri barədə məlumat verilmir.
V. Qladkov Rusiya Müdafiə Nazirliyindən açıqlama gözlədiklərini deyib.
Qeyd edək ki, Köhnə Nelidovka kəndində səhər sursat anbarında yanğın başlanıb. (TASS)