Avropa İttifaqı Ukraynadakı məcburi köçkünlər üçün 200 milyon avro ayıracaq.
Azpost.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Varşavada Ukrayna üzrə Beynəlxalq Yüksək Səviyyəli Donor Konfransında bildirib.
“Ukraynadakı insanlar, Ukraynadakı məcburi köçkünlər üçün 200 milyon avro ayırmaqdan məmnunuq və ümid edirəm ki, çoxları bizim yolumuzu izləyəcək”, – Komissiya sədri deyib.
Azpost.info