Müharibə başlayandan bəri ilk dəfə ABŞ və Rusiya müdafiə nazirləri telefonla danışıb

ABŞ müdafiə naziri Llloyd Ostin və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

Bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

“Mayın 13-də müdafiə naziri Lloyd Ostin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıb. Bu, fevralın 18-dən bəri tərəflər arasında ilk telefon danışığıdır. Müdafiə naziri Ostin Ukraynada dərhal atəşkəsin bərpa olunmasına çağırıb və kommunikasiya xətlərinin saxlanmasının vacibliyini vurğulayıb”, Pentaqon sözçüsü bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.