G7 Ukraynaya 30 milyard avro maliyyə yardımı ayıracaq.
Azpost.info xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.
Nəşrin məlumatına görə, bu barədə qərar G7-nin maliyyə nazirlərinin gələn həftə keçiriləcək görüşündə veriləcək. Yardım kreditlər və qrantlar şəklində veriləcək. “Spiegel”ə danışan mənbələrin fikrincə, ayrılan vəsait ilin sonuna qədər Ukraynaya kifayət etməlidir: “Dövlət qulluqçularının maaşlarına və pensiyalarına ayda təxminən beş milyard avro ayrılacaq”.
Almaniyanın maliyyə naziri Kristian Lindner Ukraynaya yardım məsələsində aparıcı rol oynayır. Çünki bu il G7-yə Almaniya sədrlik edir.
Azpost.info